Bizim Kimik ?

Retro İnşaat - Retro Ruh, Müasir Tikinti

2020-cu ildən etibarən fəaliyyət göstərən Retro İnşaat olaraq, biz evlərinizin və ofislərinizin təmiri və tikintisi üçün ən yaxşı həll yoludur. Şirkətimiz inşaat sektorunda mövcud olan problemli məsələlərin həlli istiqamətində ən son yeniliklərin tətbiq olunmasını qarşıya məqsəd qoymuşdur.

Əlaqə nömrəsi:

+994 50 744 70 17

Elektron poçt

Ofis adresi:

Bakı şəhəri, Alliance plaza

İş vaxtlarımız:

Baz. ertəsi - Cümə: 09:00 - 18:00
metal roofting

Metal Konstruksiya

Metal konstruksiyalar böyük aşırımlı örtüklər ictimai və хüsusi təyinatlı binalarda, həmçinin istehsalat binalarında tətbiq olunur. İctimai binalara – sərgi pavilyonları, konsert və idman zalları, örtülü stadion və bazarlar, vağzallar və s. aid edilir.

green building

Sendviç Panel Və Epoksid

Sandviç panellər iki qat boyalı, sinklənmiş metal arasında penoplast, köpük və ya taşyünü ilə doldurularaq izolyasiya məqsədilə istehsal olunan inşaat materialıdır. Dam, fasad, daxili hissələr və soyuq hava otaqlarında istifadə olunur; istilik, səs və nəmişliyə qarşı qoruma təmin edir.

green building

Prefabrik tikililər

Prefabrik tikililər 'Prefabrik' komponentləri (məsələn, panellər), modullar (modul evlər) və ya nəql edilən bölmələr (istehsal edilmiş evlər) ilə tikililərə aiddir və daşına bilən tikililər üçün nəzərdə tutulur. Bu növ tikililərin müxtəlif növləri və müxtəlif büdcəyə uyğun növləri mövcuddur.

green building

Anbar Və Konteynerlər

Retro İnşaat istifadə təyinatından asılı olaraq müxtəlif depoların, soyuducu anbarların tikintisi və müxtəlif tipli soyuducu konteynerlərin qurulması xidmətlərini təklif edir.

green building

Kənd Təsərrüfatı Kompleksləri

Azərbaycan üçün bu gün ən mühüm məqsədlərdən biri iqtisadiyyatın neftdən asılılığını aradan qaldırmaq və iqtisadi inkişafın kənd yerlərinə daha çox yayılmasını təmin etməkdir. Aqro sənayenin inkişaf etdirilməsi üçün müvafiq sahədə tikililərin aparılması zəruridir.

green building

Mühüm Dövlət Tikililəri

Məktəb, xəstəxana, inzibati bina və digər ictimai obyektlərin inşasında keyfiyyət, dayanıqlılıq və funksionallıq prinsiplərinə əsaslanırıq. Retro İnşaat olaraq bu sahədə peşəkar yanaşma və etibarlı icra ilə fərqlənirik.

Xəyal etdiyiniz proyekti layihələndirmək və tikmək üçün Peşəkarlar axtarırsınız?

Xəyallarınızı gerçəkləşdirmək üçün ən yaxşı mühəndisləri və inşaatçıları təklif edirik.

Biz kimik?

Retro İnşaat minlərlə uğurlu layihə təcrübəsi ilə inşaat sahəsində peşəkarlığını sübut etmiş bir şirkətdir. Müştəri məmnuniyyətini əsas prinsip kimi götürən komandamız hər zaman keyfiyyətli, davamlı və estetik həllər təqdim etməyə çalışır. Geniş sahəni əhatə edən xidmətlərimizlə, istər sənaye obyektləri, istər yaşayış binaları, istərsə də ictimai məkanlarda həyata keçirdiyimiz layihələrlə etibar qazanan Retro İnşaat, innovativ yanaşma və güclü texniki heyəti ilə sektorun qabaqcıl adlarından biridir. Hər bir layihədə detala verdiyimiz önəm və məsuliyyətli yanaşmamız bizi fərqləndirir.

Bizim xidmətlərlə tanış olun

Niyə Biz ?

1

HƏVƏSLİ

Gördüyümüz işə qarşı dərin bir maraq və enerjiylə yanaşırıq. Hər layihəyə sanki ilk dəfəymiş kimi həyəcanla başlamağımız, keyfiyyətli nəticənin əsas səbəbidir.

2

ETİBARLI

Verdiyimiz sözə əməl edərək uzunmüddətli əməkdaşlıq qururuq. Müştərilərimizin güvəni bizim üçün ən böyük dəyərdir.

3

DÜRÜST

Şəffaflıq və ədalət bizim iş prinsipimizin təməlidir. Hər bir əməkdaşlıqda açıq ünsiyyət və dürüst yanaşma ilə irəliləyirik.

4

SƏMİMİ

İnsanlarla sağlam və dostyana münasibət qurmaq bizim üçün vacibdir. Səmimi yanaşmamızla, müştəri və tərəfdaşlarımızla uzunmüddətli bağlar qururuq.